BCR layihəsində tikinti işləri tamamlanmış, bütün kommunal təchizat sistemi tam quraşdırılmışdır. Tam təmirli şəkildə təhvil verilən mənzillər Əmlakın Dövlət Reyestrində qeydiyyata alınır və mənzil sahibləri çıxarışla təmin olunur.
Kompleksin tikintisində istifadə edilən materiallar yüksək keyfiyyət standartlarına tam cavab verəcək şəkildə hazırlanmışdır. Tikintinin hər bir mərhələsi xüsusi keyfiyyət və davamlılıq testindən keçirilib, sertifikatlaşıdırılıb.
BCR yaşayış kompleksinin tikintisi zamanı keyfiyyətli, dünya standartlarına cavab verən materialların istifadəsi ilə yanaşı layihənin dizaynına, hər bir detalına da xüsusi diqqətlə yanaşmışıq.
“Müasir Bakıda hüzurlu yaşayış” devizimizdən yola çıxaraq hər zaman kompleksimizin hər bir sakininə bərabər şəkildə, böyük məmnuniyyətlə və ən əsası yüksək keyfiyyətlə xidmət göstəririk.
Böyük şəhərin böyük problemlərindən biri də avtomobillərin saxlanması yerləridir. Yeni yaşayış kompleksinizdə sizi bu problemdən uzaq tutmaq üçün 200-dən artıq avtomobilin yerləşə biləcəyi yeraltı və yerüstü avtodayanacaqlar salınıb.
Biz yaşıllığı sevirik və kompleksimizdə ekoloji cəhətdən təmiz bir mühit yaratmaq bizim əsas məqsədlərimizdəndir. Əminliklə deyə bilərik ki, təbiət dostu olduğumuzu kompleksimizinə atdığınız ilk addımdan hiss edə bilərsiniz.